25 oktyabr 2024. Cümə

Məşhur idmançı bir ildən sonra qayıdır


  • Offside
  • 17:18 31.12.2023
  • Oxunma sayı: 69
Məşhur idmançı bir ildən sonra qayıdır

22 qat Böyük Dəbilqə çempionu Rafael Nadal uzun fasilədən sonra kortlara qayıdır.

90deqiqe.az xəbər verir ki, Brizben şəhərində keçiriləcək ATP-250 turnirində çıxış edəcək ispan tennisçinin ilk rəqibi müəyyənləşib. Dünyanın bir nömrəli raketka ustası ABŞ-ın açıq çempionatının (2020) qalibi, avstriyalı Dominik Timlə üz-üzə gələcək.

Nadal Brisbendə (DÇ) bir illik fasilədən sonra ilk rəsmi görüşə çıxacaq. 37 yaşlı tennisçi ötən mövsümü buraxmışdı. O, yanvarın 18-də baş tutan “Australian Open 2023” turnirinin ikinci mərhələsində keçirilən oyun zamanı ciddi zədə alıb. Tennisçinin sol ayağının iliopsoas əzələsində gərginlik aşkar edilib.







Offside