- Offside
- 22:42 25.11.2024
Braziliyada üçqat dünya çempionu Pelenin vəfatının ildönümü ilə əlaqədar xatirə tədbirləri keçirilib.
90deqiqe.az xəbər xəbər verir ki, mərasim zamanı Rio-de-Janeyroda İsa Məsihin heykəlin üzərində Braziliya millisinin 10 nömrəli və Pelenin adı olan formanın proyeksiyası hazırlanıb. Sonra Roma Papası Fransiskin göndərdiyi məktub oxunub.
Digər dini mərasimlər Santosda və doğulduğu Tres Koraçoes şəhərindəki muzeydə baş tutub. Əfsanəsi olduğu “Santos” klubu da “Vila Belmiro” stadionunda keçmiş oyunçusunu keçirdiyi tədbirlə yad edib.
FIFA həmçinin braziliyalının oyunlarından maraqlı məqamları əks etdirən “Pele əbədi olaraq yaşayacaq” adlı video paylaşıb.
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da 83 yaşında bağırsaq xərçəngindən vəfat edib.