- Offside
- 00:36 07.02.2026
Brisbendə keçirilən tennis turnirində Dominik Timlə Ceyms Makkeyb arasında keçirilən görüş meydançada ilan göründüyü üçün yarımçıq qalıb.
90deqiqe.az xəbər verir ki, onu tutmaq üçün aparılam əməliyyata bütöv bir komanda qoşulub. Bu səbəbdən qarşılaşmaya 40 dəqiqə fasilə verilib.
Nəhayət, ilanı tutulub və azarkeşlərin alqışı altında çantaya yerləşdirib.
Qeyd edək ki, bu şərq qəhvəyi ilanı olub. Zəhərin toksikliyinə görə bu növ bütün quru ilanlar arasında ikinci yeri tutur.