- Offside
- 00:36 07.02.2026
Məşhur italiyalı qapıçı Canluici Buffon qapının ölçüsünün artırılması haqda danışıb.
90deqiqe.az xəbər verir ki, Buffon bu ideyanın tərəfdarı olduğunu bildirib.
"Qapını genişləndirmək haqqında danışılır və düşünürəm ki, biz bu barədə düşünməyə başlaya bilərik. Ölçülər 1875-ci ildən bəri dəyişməz qalıb. O vaxtlar kifayət qədər böyük görünə bilərdi. Lakin indi bəzi qapıçıların ölçüsünə baxanda dəyişikliklərə təəccüblənirsən. Qapıçının hündürlüyünün məsafədən zərbələrə təsirini görə bilərsiniz. 30 il əvvəl hər 50 zərbəyə təxminən 10 qol vurulurdu. İndi maksimum 3 qol olur. İki metrlik qapıçıya uzaq məsafədən qol vurmaq çox çətindi”.
Qeyd edək ki, Canluici Buffon karyerasını ötən ilin yayında – 45 yaşında bitirib.