- Offside
- 00:36 07.02.2026
İkiqat “Uimbldon” çempionu Petra Kvitova yayda ilk övladını dünyaya gətirəcəyini açıqlayıb.
90deqiqe.az xəbər verir ki, 33 yaşlı tennisçi bu barədə sosial şəbəkədə yazıb.
“2024-cü ilin ilk günündə sizə “Yeni iliniz mübarək olsun” və Jiri ilə bu yay uşaq sahibi olacağımız haqqında xoş xəbəri sizinlə bölüşmək istəyirəm!”
Qeyd edək ki, Jiri Vanek 2016-cı ildən Petranı məşq etdirir. 2020-ci ildə o, 18 illik evliliyindən sonra həyat yoldaşından ayrılıb və özündən 12 yaş kiçik olan Kvitovanın yanın köçüb. 2023-cü ilin yayında cütlük evlənib.
