21 may 2026. Cümə axşamı

Ronaldo ulduzları çağırdı: Bura gəlin

"Əl-Nəsr”ın hücumçusu Kristiano Ronaldo məşhur futbolçuları Səudiyyə Ərəbistanının Pro Liqasına keçməyə çağırıb.


  • Offside
  • 20:17 01.01.2024
  • Oxunma sayı: 186
Ronaldo ulduzları çağırdı: Bura gəlin

"Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo məşhur futbolçuları Səudiyyə Ərəbistanının Pro Liqasına keçməyə çağırıb.

90deqiqe.az xəbər verir ki, portuqaliyalı forvard bu barədə “SSC Sports”a müsahibəsində deyib:

“2024-cü ildə də 2023-cü ildə olduğu kimi eyni şeyi etməyə çalışacağam. Heç kimin inanmadığı bir vaxtda bura gəlməyə qərar verdiyim üçün xoşbəxtəm. Amma bu keçmişdə qaldı və mənə əhəmiyyət vermir. İndi ən önəmlisi çempionatın səviyyəsinin yüksəlməsi, oyunçuların liqanın rəqabət qabiliyyətini başa düşdükləri üçün indi bura gəlmək istəmələridir. İndi bütün dünya bu çempionatı izləyir və mən yüksək səviyyəli oyunçulara bura gəlməyi məsləhət görürəm. Onlar burada xoş qarşılanacaqlar”.

Qeyd edək ki, 38 yaşlı ulduz təqvim ilində klub və ölkə üçün 54 qolla, Harri Keyni (52) və Kilian Mbappeni (52) qabaqlayıb.







Offside