7 fevral 2026. Şənbə

Qardaşı əfsanənin səhhəti ilə bağlı danışdı

Almaniya millisinin əfsanəvi müdafiəçisi Frants Bekkenbauerin qardaşı Valter Bekkenbauer sabiq futbolçunun səhhəti barədə açıqlama verib.


  • Offside
  • 20:25 01.01.2024
  • Oxunma sayı: 172
Qardaşı əfsanənin səhhəti ilə bağlı danışdı

Almaniya millisinin əfsanəvi müdafiəçisi Frants Bekkenbauerin qardaşı Valter Bekkenbauer sabiq futbolçunun səhhəti barədə açıqlama verib.

90deqiqe.az “ITASportPress”ə istinadən xəbər verir ki, o, qardaşının səhhətinin hələ də yaxşı olmadığını bildirib.

“Əgər onun səhhətində hər şeyin qaydasında olduğunu desəm, yalan danışmış olaram və yalan danışmaq istəmirəm. Xeyr, orada hər şey yaxşı deyil”

Frants Bekkenbauer Çempionlar Kubokunun üçqat qalibidir. O, iki dəfə  “Qızıl top”un qalibi olub. Beşqat Almaniya çempionudur.

1972-ci ildə Avropa çempionu, 1974-cü ildə dünya çempionu olub. Bekkenbauer baş məşqçi kimi UEFA Kubokunu qazanıb, Fransa çempionu, Almaniya çempionu və 1990-cı ildə Dünya çempionu olub.







Offside