- Offside
- 20:45 25.11.2024
Çexiyalı biatlonçu Tereza Jandova karyerasını bitirmək məcburiyyətində qalıb.
90deqiqe.az xəbər verir ki, 22 yaşlı idmançı bu barədə “İnstaqram” səhifəsində yazıb. O, bu çətin qərarına səbəb səhhətində yaranan ciddi problemlər olduğunu bildirib.
“Mən gözəl biatlon karyeramı bitirməyə qərarı verdim. Əsas səbəb keçən yaydan bəri çılğınlaşan səhhətimdir. Bu il hazırlıq zamanı hiss etdim ki, nəsə səhv edirəm. Hər məşqlə performans aşağı düşürdü, ona görə də artıq yarış haqqında danışmağa ehtiyac yoxdur. Diabet artıq mənə yüksək səviyyədə yarımağa imkan vermirdi. Düşünürəm ki, bu, addımım düzgün qərardır. Bu yaxınlarda biatlon məni sevindirmədi, sadəcə olaraq səhhətimi pisləşdirdi”
.2022-ci ilin avqustunda ona 1-ci tip şəkərli diabet diaqnozu qoyulsada, o, buna baxmayaraq, insulin qəbul edərək yarışlara davam edib. Bununla da Tereza Universiadada qalib gəldi, Yakub Kocian ilə birlikdə qarışıq estafetdə çempion oldu, həmçinin fərdi yarışlarda iki bürünc medal qazandı.