- Offside
- 20:45 25.11.2024
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo braziliyalı müğənni Luan Santanaya bahalı hədiyyə verib.
90deqiqe.az xəbər verir ki, bu barədə “Madeira Island” məlumat yayıb.
Mənbədə bildirilir ki, Luan Santana, Kriştiano Ronaldo tərəfindən anası – Dolores Aveyronun ad günündə çıxış etmək üçün dəvət edilib. Portuqaliyalı ulduz təxminən 75 min avro dəyərində lüks “Rolex” saatını ona bu dəvəti qəbul etdiyi üçün hədiyyə edib.
Luan isə bu hədiyyə ilə bağlı fikirlərini belə izah edib: “Bunu etmə, yox. Allah xatirinə, dostum. Bilirsiniz ki, bu mənim ilk belə saatımdır? İlk “Rolex”im. Necə bir an! Özü də belə bir adamın əlindən”
Xatırladaq ki, Ronaldo 2023-cü ildə 54 qolla dünyanın bombardiri olub. Portuqaliyalıdan sonra 52 qol vuran Harri Keyn (“Bavariya”, Almaniya), eyni zamanda 52 qol vuran Kilian Mbappe (PSJ, Fransa) və 50 qol vuran Erlinq Haaland (“Mançester Siti”, İngiltərə) gəlir.