25 oktyabr 2024. Cümə

“Qarabağ” Rusiya çempionatında neçənci yeri tutardı? – Lunyev deyir ki…

“Qarabağ”ın qapıçısı Andrey Lunyev Azərbaycan klubunun Rusiya çempionatında yüksək yerlər uğrunda mübarizə apara biləcəyini iddia edib.


  • Offside
  • 14:25 02.01.2024
  • Oxunma sayı: 119
“Qarabağ” Rusiya çempionatında neçənci yeri tutardı? – Lunyev deyir ki…

“Qarabağ”ın qapıçısı Andrey Lunyev Azərbaycan klubunun Rusiya çempionatında yüksək yerlər uğrunda mübarizə apara biləcəyini iddia edib.

90deqiqe.az xəbər verir ki, rusiyalı qolkiper bu barədə “RB Sport”a müsahibəsində deyib.

“Oyun keyfiyyətinə görə müqayisə etmək çətindir, yalnız onu deyə bilərəm ki, Rusiyada “Qarabağ” liderlərdən biri olar və yüksək yerlər uğrunda mübarizə aparardı. Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda başlayır, amma eyni zamanda məni liqa da təəccübləndirdi. Bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. İndi hər şey dəyişir, çempionatların səviyyəsi artır. Əgər düzgün münasibət olmasa, istənilən rəqiblə çətin olur”, – Lunyev deyib.

Lunev 2023-cü ilin avqustundan “Qarabağ”da çıxış edir. O,  bu mövsüm “Qarabağ”ın heyətində 15 oyun keçirib və 14 qol buraxıb.







Offside