- Offside
- 21:30 25.11.2024
“Bu, son iş yerimdir. Amma karyeramı nə vaxt bitirəcəyimi bilmirəm”.
90deqiqe.az xəbər verir ki, bunu Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.
64 yaşlı italiyalı mütəxəssis bildirib ki, karyerasını İspaniya klubunda yekunlaşdıracaq: “2026-cı ildə uğur qazansam burada qala bilərəm. Amma həmin il məşqçilik karyeramın sonu da ola bilər. Bu iş ürəyimcədir və ümid edirəm ki, 2027 və 2028-ci illərdə də sevdiyim məşqçilikdə olacam. Madridi sevirəm, burada qalmaq istəyirəm".
Qeyd edək ki, Ançelotti “Kral klubu” ilə 2026-cı il iyunun 30-na kimi yeni müqavilə imzalayıb.