25 oktyabr 2024. Cümə

Azərbaycan millisi 14 voleybolçu ilə hazırlaşır

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz yarışa hazırlıqlarını davam etdirir.


  • Offside
  • 17:17 02.01.2024
  • Oxunma sayı: 123
Azərbaycan millisi 14 voleybolçu ilə hazırlaşır

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz yarışa hazırlıqlarını davam etdirir.

90deqiqe.az xəbər verir ki, komanda məşq prosesini AVF-nin İdman zalında və Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçir.

Təlim-məşq prosesinə yarışda iştirak edəcək 14 idmançı cəlb olunub.

Qeyd edək ki, EEVZA çempionatı 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunacaq.

Komandamız AÇ-2024-ə seçmə xarakteri daşıyan yarışa yanvarın 10-da yola düşəcək. Səbuhi Əliyevin rəhbərlik etdiyi kollektiv ilk oyununu yanvarın 11-də Estoniya kollektivinə qarşı keçirəcək.







Offside