- Offside
- 21:30 25.11.2024
Yay Olimpiya Oyunlarının başlamasına 7 ay qalmış təşkilatçı ölkə Fransa terror aktlarının qarşısını almaq üçün plan hazırlayıb.
90deqiqe.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Məlumatda, Olimpiya Oyunlarının açılışının əvvəllər görünməmiş formatda keçirilməsi planlaşdırıldığı vurğulanıb.
Tədbir stadionda deyil, Sena çayının sahilində baş tutacaq. Qonaqların sayı təxminən 600 min nəfər olacaq. Belə vəziyyətdə hakimiyyət təhlükəsizlik yaratmaq üçün misli görünməmiş tədbirlər görəcək.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, verilən tapşırıqların yerinə yetirilməsi üçün 40 min hərbçi və polis əməkdaşının ayrılacaq.
Açılış günü yaxınlıqdakı metro stansiyalarla yanaşı Paris hava məkanı da bağlanacaq.