- Offside
- 12:11 21.12.2025
2023-cü ilin ən yaxşı müdafiəçiləri bəlli olub.
90deqiqe.az xəbər verir ki, "S90" nəşrinin versiyasına əsasən, siyahıya İngiltərənin "Arsenal" klubunun və Fransa millisinin futbolçusu Uilyam Saliba başçılıq edir.
İkinci yeri "Mançester Siti"dən Kayl Uolker, onun komanda yoldaşı Ruben Diaş üçüncü olub.
"Liverpul"dan Vircil Van Deyk dördüncü, İtaliyanın "İnter" klubundan Federiko Dimarko beşinci, Almaniya çempionu "Bavariya"dan Kim Min Ce altıncı, Fransa təmsilçisi PSJ-dən Əşrəf Hakimi yeddinci pillədə qərarlaşıb
"10-luğ"u "Liverpul"dan Trent Aleksander-Arnold, "Bavariya"dan Alfonso Deyvis və İspaniya "Barselona"sından Ronald Arauxo tamamlayır.