- Offside
- 00:36 07.02.2026
“GiveMeSport” portalı Çempionlar Liqası tarixində oynamış ən aşağı büdcəli klubların adlarını açıqlanıb.
90deqiqe.az xəbər verir ki, siyahıda yer alan klubların tarixi, iqtisadi vəziyyəti, azarkeş bazası eyni zamanda komandanın oyunlarına gələn azarkeşlərin sayı da nəzərə alınıb.
Azərbaycan təmsilçisi “Qarabağ” siyahıda dördüncü pillə qərarlaşıb.
İlk “10-luq” belədir:
1. “Unirya” (Rumıniya)
2. “Şerif” (Moldova)
3. “Astana” (Qazaxıstan)
4. “Qarabağ” (Azərbaycan)
5. BATE (Belarus)
6. “Maribor” (Sloveniya)
7. APOEL (Kipr)
8. “Viktoriya” (Plzen, Çexiya)
9. “Krasnodar” (Rusiya)
10. “Antverpen” (Belçika)
“Qarabağ” 2017/18 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) ilə eyni qrupda mübarizə aparan Azərbaycan təmsilçisi 2 matçda heç-heçə etməyi bacarıb. (“Qarabağ” – “Atletiko” – 0:0, “Atletiko” – “Qarabağ” – 1:1)