- Offside
- 00:36 07.02.2026
Amerikalı döyüşçü Maykl Çandler UFC çempionu Konor Makqreqor ilə döyüşə hazırlıqlara başladığı ilə bağlı paylaşım edib.
90deqiqe.az xəbər verir ki, o, paylaşımına bu sözləri yazıb.
"Təlim-məşq toplanışına başladım. Təhlükəni hiss edərək oyandım”
Qeyd edək ki, Makqreqor sosial şəbəkələrdə Çandler arasında döyüşün iyunun 29-da Las-Veqasda keçiriləcək UFC turnirində qarşılaşacağını açıqlayıb.
İdmançılar arasında döyüş əvvəlcə 2023-cü ildə baş tutmalı idi. Ancaq Makqreqorun zədələnməsi səbəbindən bu baş tutmayıb