25 noyabr 2024. Bazar ertəsi

İrvinq onun həyatını xilas etmək üçün 26 min dollar bağışladı

“Dallas Maveriks” klubunun basketbolçusu Kayri İrvinq böyrək transplantasiyası üçün kifayət qədər pulu olmayan şəxsə göstərdiyi yardımla xeyriyyəçilik üçün öz töhfəsini verib.


  • Offside
  • 17:31 03.01.2024
  • Oxunma sayı: 85
İrvinq onun həyatını xilas etmək üçün 26 min dollar bağışladı

“Dallas Maveriks” klubunun basketbolçusu Kayri İrvinq böyrək transplantasiyası üçün kifayət qədər pulu olmayan şəxsə göstərdiyi yardımla xeyriyyəçilik üçün öz töhfəsini verib.

90deqiqe.az xəbər verir ki, bu barədə  insayder Landon Tomas sosial media hesabında yazıb. O, İrvinqin tanımadığı bir şəxs üçün 26 min dollar bağışladığını bildirib.

“Kayri İrvinq böyrək transplantasiyasını gözləyən və çox vaxtı olmayan Endryu Dzifa Amuzuya 26.000 dollar bağışladı. Onların ailəsinin transplantasiyaya maddi imkanı yox idi, buna görə də çarəsizlikdən GoFundMe-yə başladılar. Onlara 25 min dollar lazım idi, lakin İrvinq 26 min dollar göndərdi”

 







Offside