25 noyabr 2024. Bazar ertəsi

Cokoviç Avstraliya Açıq çempionatına qatılacaqmı?

Serb tennisçi Novak Cokoviç Aleks de Minaur ilə Birləşmiş Kubok matçında biləyindən aldığı zədə ilə bağlı sualı cavablandırıb. 


  • Offside
  • 14:14 04.01.2024
  • Oxunma sayı: 84
Cokoviç Avstraliya Açıq çempionatına qatılacaqmı?

Serb tennisçi Novak Cokoviç Aleks de Minaur ilə Birləşmiş Kubok matçında biləyindən aldığı zədə ilə bağlı sualı cavablandırıb. 

90deqiqe.az xəbər verir ki, dünyanın birinci raketkası zədəsini sağaltmağa çalışdığını bildirib:

“Düzünü desəm, yaxşı olacağımı düşünürəm. Sadəcə sağalmağa çalışıram. İlk növbədə bilək problemləri və son bir neçə gündə mübarizə apardığım hər şeylə məşğul oluram. Avstraliya Açıq çempionatında çıxış etmək üçün bərpa və məşq rejimimə əməl edəcəyəm”.

Qeyd edək ki, Avstraliya Açıq çempionatı yanvarın 14-də start götürəcək və 2 həftə davam edəcək.







Offside