- Offside
- 18:23 25.11.2024
Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Mirça Luçesku Ukrayna klubundan gedişinin təfərrüatlarını açıqlayıb.
90deqiqe.az xəbər verir ki, rumıniyalı mütəxəssis hələ məşqçilik karyerasını başa vurmadığını da bildirib.
“Düzdür, hələ təqaüdə çıxmamışam. Həyat yoldaşım Nelli Kiyevə köçməyə qorxduğu üçün “Dinamo”dan ayrıldım. Onun evdə tək olduğunu və mənim üçün narahat olduğunu bilmək istəmirəm.
İndi ruslar yenidən Kiyevi və Ukraynanın digər şəhərlərini bombalayır, vəziyyət getdikcə çətinləşir. Mən 3 il belə şəraitdə qaldım, dünyada yeganə olan, Akademiyamın ən çox yetirməsi olan "Dinamo" komandasını qurdum. Mən gələcək üçün heyət qurmuşam"