25 oktyabr 2024. Cümə

Azərbaycan millisi "Fənərbağça"nın akademiyasındakı toplanışı başa vurdu

13 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Fənərbağça" klubunun akademiyasında təlim-məşq toplanışını başa vurub.


  • Offside
  • 15:08 04.01.2024
  • Oxunma sayı: 77
Azərbaycan millisi "Fənərbağça"nın akademiyasındakı toplanışı başa vurdu

13 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Fənərbağça" klubunun akademiyasında təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.az-a verilən məlumata görə, baş məşqçi Vasili Mçedlişvilinin rəhbərlik etdiyi yığma hazırlıq prosesində yerli klublarla yoxlama oyunları da keçirib.

Toplanışda əsas məqsəd bu gün İstanbul şəhərində start götürən "Avropa Gənc Basketbol Liqası" turnirinə hazırlaşmaq idi.

U-13 sözügedən yarışda Türkiyənin "Baxçaşəhər", "Saudiyə", İstanbul Akademiyası" və Rumıniyanın "Dan Dacian" klublarının müvafiq yaş qrupundan ibarət kollektivləri ilə üz-üzə gələcək.







Offside