27 iyul 2024. Şənbə

Növbəti rəqibi bəlli oldu

Britaniyalı UFC çempionu Leon Edvardsın növbəti rəqibi amerikalı Belal Məhəmməd döyüşə bilər.


  • Offside
  • 16:19 04.01.2024
  • Oxunma sayı: 72
Növbəti rəqibi bəlli oldu

Britaniyalı UFC çempionu Leon Edvardsın növbəti rəqibi amerikalı Belal Məhəmməd döyüşə bilər.

90deqiqe.az xəbər verir ki, tanınmış insayder Ariel Helvani bu barədə yazıb.

O, Edvards növbəti döyüşünü aprelin 13-də Las-Veqasda (Nevada, ABŞ) UFC 300 turniri çərçivəsində keçirə biləcəyini qeyd edib və paylaşımına bunları əlavə edib:

“Plan Leon Edvardsın UFC 300-də titulunu qorumasıdır. Hazırda onunla qarşılaşacaq rəqib Belal Məhəmməd olacaq. Şövkət Rəhmonov da rəqiblərin siyahısında yer alıb”

Qeyd edək ki, Edvards son döyüşündə amerikalı Kolbi Kovinqtonla üz-üzə gəlib və hakimlərin yekdil qərarıyla qalib gəlib.







Offside