27 iyul 2024. Şənbə

Ən bahalı futbolçuların adları açıqlandı - SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.


  • Offside
  • 16:50 04.01.2024
  • Oxunma sayı: 111
Ən bahalı futbolçuların adları açıqlandı - SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.

90deqiqe.az xəbər verir ki, siyahının ilk pilləsində İspaniyanın "Real" klubunda çıxış edən ingiltərəli Cud Bellinqem qərarlaşıb.

20 yaşlı oyunçunun dəyəri 267.5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə təmsilçisi "Mançester Siti"dən norveçli Erlinq Haland (251,2 milyon avro) ikinci, braziliyalı forvard Vinisius Junior (250,3 milyon avro) üçüncü olub.

İlk “10-luq”da  "Real"dan Rodriqo (247,9 milyon avro), İngiltərənin "Arsenal" klubundan Bukayo Saka (223 milyon avro), "Mançester Siti"dən Fil Foden (195,8 milyon avro), İspaniya çempionu "Barselona"dan Qavi (175,4 milyon avro), "Mançester Siti"dən Xulian Alvares (164,7 milyon avro), Almaniyanın "Bavariya" komandasından Camal Musiala (152,4 milyon avro) və "Arsenal"dan Martin Edeqor (150,6 milyon avro) da var.







Offside