- Offside
- 10:26 16.04.2026
“US open 2021”in qalibi Emma Radukanu, Yeni Zelandiyanın Oklend şəhərində keçirilən WTA-250 turnirində 1/8 finalda mübarizəni dayandırıb.
90deqiqe.az xəbər verir ki, 21 yaşlı britaniyalı tennisçi dünyanın 25-ci raketkası ukraynalı Elina Svitolinaya 7:6 (7:5), 6:7 (3:7), 1:6 hesabı ilə məğlub olub.
Ukraynalı 1/4 finalda Mariya Bouzkova ilə mübarizə aparacaq.