25 oktyabr 2024. Cümə

Ronaldo Maradona mükafatını alacaq

“Əl-Nəsr”ın  hücumçusu Kriştiano Ronaldo kolleksiyasına daha bir titul əlavə edəcək.


  • Offside
  • 09:48 05.01.2024
  • Oxunma sayı: 104
Ronaldo Maradona mükafatını alacaq

“Əl-Nəsr”ın  hücumçusu Kriştiano Ronaldo kolleksiyasına daha bir titul əlavə edəcək. 90deqiqe.az xəbər verir ki, 38 yaşlı forvard ilin ən yaxşı bombardiri üçün Maradona mükafatına layiq görüləcək.

Mükafat yanvarın 19-da “Dubai Globe Soccer Awards” 2023-də təqdim olunacaq.

Beşqat “Qızıl top”un sahibi 2023-cü ildə “Əl-Nəsr” və Portuqaliya millisində ümumilikdə 54 qol vurub. Portuqaliyalı qolçular yarışında PSJ-nin hücumçusu Kilian Mbappe (52 qol) və “Bavariya”nın üzvü Harri Keyni (52) qabaqlayıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 18 matçda 20 qol vurub, 9 məhsuldar ötürmə verib.







Offside