27 iyul 2024. Şənbə

Fatih Terim: “Burada olduğum üçün xoşbəxtəm”

“Panatinaikos”un baş məşqçisi Fatih Terim Yunanıstan təmsilçisindəki debüt oyunu ilə bağlı açıqlama verib.


  • Offside
  • 12:47 05.01.2024
  • Oxunma sayı: 79
Fatih Terim: “Burada olduğum üçün xoşbəxtəm”

“Panatinaikos”un baş məşqçisi Fatih Terim Yunanıstan təmsilçisindəki debüt oyunu ilə bağlı açıqlama verib.

90deqiqe.az klubun mətbuat xidmıtinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“İlk növbədə burada olduğum üçün xoşbəxtəm. Oyunçularımı çıxışlarına görə təbrik edirəm. Yaxşı başladıq və hər matçda daha güclü olacağıq. Qısa müddətdir ki, buradayam. Amma buna baxmayaraq, futbolçular yaxşı oynadı. Qol vurmaq üçün çalışdıq və istədiyimizə nail olduq. Vacib 3 xalı qazandıq. “Panatinaikos” azarkeşləri bu axşam sevinməlidirlər. Güclənərək yolumuza davam edəcəyik”.

Fatih Terimin komandası Superliqanın 16-cı turunda autsayder “Yannina”ya 2:0 hesabı ilə qalib gəlib. “Panatinaikos” hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 37 xalla 2-ci yeri tutur.

 







Offside