- Offside
- 00:36 07.02.2026
2023-cü ilin ən çox qol vuran qapıçıları açıqlanıb.
90deqiqe.az xəbər verir ki, Meksikanın “Toluka” klubunun qapıçısı Tyaqo Volpi ötən il – 9 qol vurub.
33 yaşlı braziliyalı qolkiper bütün qolları penaltidən yerinə yetirib.
İkinci yeri 3 qol vurmuş “Qodoy Krus”un argentinalı Dieqo Rodriqes tutur. O da penaltilər nəticəsində bu qolları vurmağa nail olub.
Xoan Parra (“Enviqado”) və Xuan Karlos Robles (“Qran Mamore”) isə hərəyə 2 dəfə fərqləniblər.