- Offside
- 18:23 25.11.2024
“Forbes” nəşri dünyanın ən bahalı klublarının adlarını müəyyənləşdirib.
90deqiqe.az xəbər verir ki, klubların infrastruktur, heyət, kommersiya durumunu nəzərə alınıb.
Siyahıya “Real” başçılıq edir. “Kral klubu”nun dəyəri 5,5 milyard avroya bərabərdi. İkinci sırada 5,4 milyard avro ilə “Mançester Yunayted” yer alır. İlk “üçlüy”ü isə “Barselona” qapayıb.
Ən bahalı 10 klub:
1. “Real” – 5,5 milyard avro
2. “Mançester Yunayted” – 5,4 milyard avro
3. “Barselona” – 4,9 milyard avro
4. “Liverpul” – 4,7 milyard avro
5. “Mançester Siti” – 4,5 milyard avro
6. “Bavariya” – 4,3 milyard avro
7. PSJ – 3,8 milyard avro
8. “Çelsi” – 2,8 milyard avro
9. “Totenhem” – 2,5 milyard avro
10. “Arsenal” – 2,4 milyard avro