25 noyabr 2024. Bazar ertəsi

Sabiq prezident buna görə həbs oluna bilər

Beynəlxalq Biatlon İttifaqının (IBU) keçmiş prezidenti Andres Bessberq korrupsiyada və rusiyalı idmançıların müsbət dopinq testlərini gizlətməkdə ittiham olunub.


  • Offside
  • 23:40 06.01.2024
  • Oxunma sayı: 109
Sabiq prezident  buna görə həbs oluna bilər

Beynəlxalq Biatlon İttifaqının (IBU) keçmiş prezidenti Andres Bessberq korrupsiyada və rusiyalı idmançıların müsbət dopinq testlərini gizlətməkdə ittiham olunub.

90deqiqe.az xəbər verir ki, bu barədə VG məlumat yayıb.

İngilis hüquqşünas Conatan Taylor Bressberqin bütün fəaliyyəti ilə bağlı 220 səhifəlik hesabat təqdim edib. Keçmiş IBU rəhbərinin konkret kiminlə danışdığı açıqlanmır.

“Telefonda baş verənlərin nə olduğu barədə sərbəst danışdılar. Biz inanırıq ki, baş verənlərə dair aydın sübutlar var. Hər ikisi Ümumdünya Antidopinq Agentliyinin (WADA) biatlonda Rusiyanın dopinqini ifşa etmək üçün böyük səylər göstərməsindən məyus olub. Demək olar ki, ruslara müqavimət göstərməyə kömək etməyə çalışırdılar”, - deyə Taylor bildirib.

Norveç və Avstriya polisi Bessberqin iqamətgahıma 2018-ci ildə baş çəkib.

2018-ci ildə Norveçin VG nəşri Rusiya Antidopinq Agentliyinin (RUSADA) məlumat bazasına, anonim mənbələrə və Georgi Rodçenkovun ifadələrinə istinadən yazıb ki, IBU rəhbərliyi 2011-2015-ci illərdə rusların 65 müsbət nümunəsini gizlədib.

Besseberqin məhkəməsi 2024-cü il yanvarın 9-da başlayacaq.Günahı sübuta yetirilsə, onu maksimum 10 ilhəbs cəzası gözləyir.







Offside