8 sentyabr 2024. Bazar günü

Mahir Emreli üçün mövsüm bitdi?

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli sıradan çıxıb.


  • Offside
  • 09:19 07.01.2024
  • Oxunma sayı: 267
Mahir Emreli üçün mövsüm bitdi?

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli sıradan çıxıb.

90deqiqe.az xəbər verir ki, 26 yaşlı forvard Sloveniya “Roqaşka”sı ilə yoxlama görüşündə ciddi zədə alıb.

O, görüşün 60-cı dəqiqəsində heç bir təmas olmadan zədələnib. Baş məşqçi Sergey Yakiroviç vəziyyətin ciddi olduğunu açıqlayıb. 26 yaşlı forvardın dirsək və bud nahiyəsindən xəsarət aldığı bildirilir. İlkin ehtimala görə, futbolçu bir neçə ay komandasından ayrı qalacaq.

Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Hətta onun üçün mövsümün başa çatdığı da ehtimal edilir. 

Qeyd edək ki, “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda