25 noyabr 2024. Bazar ertəsi

“Araz-Naxçıvan” hansı mövqeləri gücləndirmək istəyir?

"Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq."


  • Offside
  • 09:50 07.01.2024
  • Oxunma sayı: 115
“Araz-Naxçıvan” hansı mövqeləri gücləndirmək istəyir?

"Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq."

90deqiqe.az xəbər verir ki, bunu baş məşqçi kimi cari mövsümdə debüt edən Vitali Borisovun azfutzal.az-a açıqlamasında deyib.  O, heyətlə bağlı dəyişiklərin olacağını istisna etməyib: 

“Yanvarın 12-də hazırlığa başlayacağıq. 2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq.

Heyətlə bağlı da dəyişikliklər olacaq. Erik Dannilo, Xətai Bağırov və İsa Atayev komandadan ayrılıb. Onlara karyeralarında uğurlar arzulayırıq. Biz də bu boşluqları doldurmalıyıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.  







Offside