25 oktyabr 2024. Cümə

Nadal Avstraliya Açıq çempionatını buraxacaq

 “Böyük Dəbilqə”nin 22 qat qalibi, ispaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.


  • Offside
  • 17:41 07.01.2024
  • Oxunma sayı: 71
Nadal Avstraliya Açıq çempionatını buraxacaq

 “Böyük Dəbilqə”nin 22 qat qalibi, ispaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.

90deqiqe.az xəbər verir ki, bu barədə 37 yaşlı idmançı özü məlumat verib.

O, bu addımı zədə səbəbindən atdığını bildirib: “Melburna çatanda müayinədən keçdim, əzələmdə mikro yırtıq aşkarlandı. Hazırda 5 setlik oyunlarda yüksək səviyyədə mübarizə aparmağa hazır deyiləm. Həkimimi görmək, müalicə almaq və istirahət etmək üçün İspaniyaya qayıdıram”.

Qeyd edək ki, Rafael Nadal 2009 və 2022-ci illərdə Avstraliya Açıq çempionatının qalibi olub.







Offside