27 iyul 2024. Şənbə

Xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Yanvarın 7-də Fransanın Flaine bölgəsində Xizək Alpinizmi üzrə Avropa Çempionatının açılış mərasimi keçirilib.


  • Offside
  • 11:21 08.01.2024
  • Oxunma sayı: 74
Xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Yanvarın 7-də Fransanın Flaine bölgəsində Xizək Alpinizmi üzrə Avropa Çempionatının açılış mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, 22 ölkədən 225 idmançının qatıldığı yarışda  Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası da iştirak edir. 

Mərasimdə açılış nitqi ilə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova  idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa Çempionatında idmançılarımız yanvarın 10-da sprint,11-də isə vertikal növlərdə çıxış edəcəklər.
Yarış yanvarın 12-sinə kimi davam edəcək.







Offside