- Offside
- 16:18 21.12.2025
Özbəkistanın “Kokand-1912” klubunun idman direktoru Şuhrat Muminov və üç hakim danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırılıb.
90deqiqe.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyası bəyanat yayıb.
Bəyanatda bildirilib ki,Ş. Muminov ötən mövsüm komandasına kömək etmələri üçün üç hakimə - Husan Müzəffərov, Obid Cumayev və Jasur Rustamova rüşvət verib.
Buna görə də adıçəkilən ədalət təmsilçilərinin futbolla bağlı hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub, müvafiq cəza və intizam tədbirləri görülüb.