- Offside
- 13:25 24.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ildə yüksək liqalarda oynamış ən yaşlı futbolçuların adlarını müəyyənləşdirib.
90deqiqe.az xəbər verir ki, siyahıya Farer adalarının “Ki Klaksvik” klubunun qapıçısı Geza Turi başçılıq edir. O, mayın 14-də “HB Torshavn”la matçda (1:0) meydana çıxanda 49 yaş 64 günündə olub.
İkinci Bolqarıstanın “Slaviya” klubunun qolkiperi Georgi Petkov (47 yaş, 222 gün) olub.
Üçüncü isə Honkonqun “Resources Kapital” komandasının üzvü Ho Kvok Çuendir. O, sonuncu dəfə meydana çıxanda 46 yaş, 76 günündə olub.