- Offside
- 13:25 24.11.2024
Yunanıstan Superliqasında 17-ci turun oyunları keçirilib.
90deqiqe.az xəbər verir ki, Türkiyəli mütəxəssis Fatih Terim yeni komandası “Panatinaikos” evdə 11-ci pillədə qərarlaşan “Penetolikos”u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Terim bununla da ardıcıl 2-ci qələbəsini qazanıb. PAOK-un eyni hesabla “Aris”ə uduzduğundan Fatih Terimin komandası liderliyə yüksəlib. Hazırda 40 xalı olan “Panatinaikos” 1-ci, AEK və PAOK isə 38 xallla 2-3-cü yerləri tuturlar.
“Panatinaikos” növbəti turda səfərdə ən yaxın izləyicisi AEK-lə qarşılaşacaq. Yanvarın 14-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.