- Offside
- 00:36 07.02.2026
20 yaşadək qızlar (U-20) arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan yığmasının üzvü Vlada Kavtunova yarışda fərqlənən oyunçular sırasında yer alıb.
90deqiqe.az xəbər verir ki, yığmamızın liberosu 3-7 yanvar tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunmuş çempionatda komandamızın heyətində ən yaxşı oyunçu seçilib və təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.
Azərbaycan yığması turnirdə Estoniya, Latviya, Ukrayna, Polşa və Litvaya 0:3 hesabıyla məğlub olub.