24 oktyabr 2024. Cümə axşamı

FİA-da yeni idman direktoru

Beynəlxalq Avtomobil Federasiyasında (FİA) yeni idman direktoru bəlli olub.


  • Offside
  • 20:15 08.01.2024
  • Oxunma sayı: 89
FİA-da yeni idman direktoru

Beynəlxalq Avtomobil Federasiyasında (FİA) yeni idman direktoru bəlli olub.

90deqiqe.az xəbər verir ki, bu vəzifəyə Tim Meylion gətirilib. Texniki direktor vəzifəsini icra edən Tim Qossa da tutduğu postdan istefa verib.

Tim Qossun gedişi son ay ərzində 3-cü istefadır. Ötən ilin sonlarında Stiv Nilsen və Debora Mayer postlarından ayrılmışdılar.

Meylion 2021-ci ildən etibarən FİA-da təhlükəsizlik məsələləri üzrə direktor idi. Quruma qədər Tim uzun müddət “Red Bull”un strukturunda çalışıb. Nilsenin istefasından sonra onun vəzifəsi artırılıb. Tim Qossu kimin əvəz edəcəyi ilə bağlı isə hələlik məlumat yoxdur.

 Nils Vittix yarışın direktoru vəzifəsində qalacaq. 







Offside