- Offside
- 13:25 24.11.2024
UFC döyüşçüsü Fərid Bəşarat vətəni Əfqanıstanın bayrağı ilə döyüşlərə çıxmayacaq.
90deqiqe.az "MMA Fighting"ə istinadən xəbər verir ki, 26 yaşlı idmançının bunu belə izah edib.
“Mən bayraqla çıxmaq istərdim, amma icazə Əfqanıstan bayrağına icazə verdiklərini düşünmürəm. Cavidin Əbu-Dabidəki turnirə qatılması üçün icazə almağa çalışdıq, lakin bizə yox dedilər.Çünki onlar indiki hakimiyyətin bayrağını tanımırlar və köhnəsi də rəsmi bayraq deyil. Əfqanıstan bayrağı hələ də qadağandır."
Bundan əvvəl böyük Fəridin qardaşı Cavid Başaratda yeni Əfqanıstan bayrağı ilə döyüşməyəcəyini açıqlamışdı.
Bəşarat yanvarın 13-də UFCFight Night 234-də Taylor Lapilus ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2021-ci ildə Əfqanıstanda hökumət dəyişikliyindən sonra ölkənin rəsmi adı və bayrağı dəyişib