27 iyul 2024. Şənbə

EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Polşaya yollandı

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.


  • Offside
  • 10:02 09.01.2024
  • Oxunma sayı: 85
EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Polşaya yollandı

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, Səbuhi Əliyevin rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək. Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

U-20 millimizin heyəti:

Oyunçular: Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad, Hacıyev Azay

Baş məşqçi - Əliyev Səbuhi, məşqçi - Qəhrəmanov Dilqəm

Menecer - Babayeva Səbinə

Həkim - Nəcəfova Sevinc







Offside