- Offside
- 13:25 24.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox oyun keçirən futbolçuların adlarını açıqlanıb.
90deqiqe.az xəbər verir ki, siyahıya hazırda “Əl-Nəsr”də çıxış edən superulduz Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı forvard XXI əsrdə 1204 oyunda iştirak edib.
Argentinalı millisinin və hazırda "İnter Mayami" formasını geyinən Lionel Messi isə 4-cü pillədə qərarlaşıb.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 1204
2. Fabio (Braziliya) – 1156
3. Dani Alveş (Braziliya) – 1056
4. Lionel Messi (Argentina) - 1047
5. Luka Modriç (Xorvatiya) - 1010
6. Joao Moutinyo (Portuqaliya) - 997
7. İker Kasilyas (İspaniya) - 974
8. Serxio Ramos (İspaniya) - 974
9. Zlatan İbrahimoviç (İsveç) - 953
10. Andres İnyesta (İspaniya) - 949