- Offside
- 13:25 24.11.2024
“Sportinq Kansas Sityi” MLS çərçivəsində baş tutacaq ”İnter Mayami” ilə matçı daha böyük arenaya köçürüb.
90deqiqe.az xəbər verir ki, buna səbəb Florida təmsilçisinin kapitanı Lionel Messi çıxış etməsidi. “Kanzas Siti”nin prezidenti Ceyk Ridin sözlərinə görə, “İnter Mayami” ilə matça maraq hədsiz böyükdü.
Klubun əsas ev oyunlarını keçirdiyi stadion 18 mindən bir qədər çox tamaşaçı tutumuna malikdir. Bu səbəbdən rəhbərlik qarşılaşmanın “Arrowhead Stadium”da oynanılmasını qərara alıb. Həmin arenanın tutumu 76 mindən çoxdu.
“Lionel Messinin Midvestdə ilk MLS oyunu olacaq bu matçı “Arrouhid” stadionunda keçirmək imkanı xüsusilə həyəcanvericidir, çünki regionumuz bu yay Amerika Kuboku matçlarına və 2026-cı ildə Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır”, – deyə Rid bildirib.
Qarşılaşmanın bilet satışına yanvarın 16-da start veriləcək. Onların qiyməti 65 dollardan başlayacaq. Qarşılaşma isə aprelin 14-də baş tutacaq.