- Offside
- 13:25 24.11.2024
Rusiyalı qarışıq üslublu döyüşçü (MMA) Aleksandr Emelianenko İslamı qəbul edib.
90deqiqe.az xəbər verir ki, bu barədə Sport24-ə məşqçi Rəsul Maqomedəliyev məlumat verib.
Məşqçi bildirib ki, imanı qəbul etmək 42 yaşlı idmançının alkoqol asılılığından qurtulmağa kömək edib. "Mən çox şadam ki, inquş qardaşlarımız onu ayağa qaldırdılar və o, həqiqətən də bundan uzaqlaşdı" dedi. Maqomedəliyev əlavə edib ki, Emelianenko adını dəyişdirərək Abubakar ola bilərdi.
Dekabrın 14-də Emelianenkonun meneceri Nikita Burçak idmançının reabilitasiyasının başa çatdığını elan etdi. Onun sözlərinə görə, idmançı İnquşetiyadakı mərkəzdə olmaqda davam edir və orada təlim-məşq toplanışındadır.
Emelianenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə ilə yekunlaşıb.