24 oktyabr 2024. Cümə axşamı

Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüblər

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.


  • Offside
  • 16:26 09.01.2024
  • Oxunma sayı: 146
Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüblər

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.

AVF-nin mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində reallaşan toplantıda klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nın digər əməkdaşları da iştirak ediblər.

AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-nın vəziyyəti, idmançılara yaradılan şərait ilə tanış olublar.

Onlar ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr veriblər, onlara bu yolda uğurlar arzulayıblar.







Offside