- Offside
- 21:38 12.10.2024
Polşalı tennisçi Kamil Mayhjak dopinqə görə 13 aylıq diskvalifikasiyadan qayıdıb və sonra keçən həftə qatıldığı ITF Dünya Tennis turnirin qalibi olub.
90deqiqe.az xəbər verir ki, Monastirdə keçirilən turnirin finalında dünyanın 75 nömrəli idmançısı Ryuki Matsudaya qalib gəlib (6:1, 6:1). Bu yarışdan sonra Kamil kvalifikasiyalardan bazaya yüksəlib və ona “wild card” verildi.
Qeyd edək ki, 2022-ci ildə Kamilin orqanizmində qadağan olunmuş üç maddənin izləri aşkarlanıb, onun diskvalifikasiyası 2023-cü il dekabrın 29-da başa çatıb.