- Offside
- 21:38 12.10.2024
PSJ prezidenti Nasser Əl-Xelaifi komandasının keçmiş futbolçusu Lionel Messi haqqında danışıb.
90deqiqe.az “RMC Sport”a istinadən xəbər verir ki, qətərli funksioner argentinalı hücumçunun Paris klubundan ayrıldıqdan sonra sərgilədiyi davranışdan təəssüfləndiyini bildirib:
“Ona böyük hörmətim var, amma kimsə PSJ haqqında pis danışırsa, bu yaxşı deyil, hörmət adlandıra biləcəyiniz şey deyil. O, pis insan deyil, amma bu mənim xoşuma gəlmir. İstəyirəm ki, hər kəs oyunçu olanda klub haqqında danışsın, ayrılandan sonra yox. Bu, bizim üslubumuz deyil."
Xatırladaq ki, argentinalı oyunçu Paris komandasından ayrıldıqdan sonra Fransadakı iki ilin onun üçün çətin keçdiyini bildirmişdi.
36 yaşlı superulduz PSJ-nin heyətində ümumilikdə 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib. Eyni zamanda, o, Fransa təmsilçisi iki iki dəfə Liqa1-in və bir dəfə isə ölkə kubokunun qalibi olub.