8 sentyabr 2024. Bazar günü

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.


  • Offside
  • 14:50 10.01.2024
  • Oxunma sayı: 125
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

90deqiqe.az xəbər verir ki, yanvarın 11-də Yüksək Liqada VIII turun iki görüşü baş tutacaq.

İlk qarşılaşma “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq. “Neftçi” və MOİK komandaları saat 16:00-da üz-üzə gələcəklər.

Növbəti görüşdə “Murov Az Terminal”la “Azərreyl” qarşılaşacaqlar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, hazırda “Xarı Bülbül" (Şuşa) 16 xalla turnir cədvəlinə başçılıq edir. “Azərreyl” 14, “Murov Az Terminal” 13 xalla lideri izləyirlər. Dördüncü pillədəki “Neftçi”nin hesabında 10 xal var. “Xarı Bülbül" (Laçın) 4 xalla beşincidir, sonuncu sırada olan MOİK hələ xal qazana bilməyib.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda