27 iyul 2024. Şənbə

Usik Lyuisin o döyüşünə görə ağlayıb

WBA, WBO, IBO və IBF versiyaları üzrə ağır çəkidə çempion Aleksandr Usik (21-0, 14 KO) keçmiş çempion Lennoks Lyuis haqqında danışıb.


  • Offside
  • 15:59 10.01.2024
  • Oxunma sayı: 70
Usik Lyuisin o döyüşünə görə ağlayıb

WBA, WBO, IBO və IBF versiyaları üzrə ağır çəkidə çempion Aleksandr Usik (21-0, 14 KO) keçmiş çempion Lennoks Lyuis haqqında danışıb.

90deqiqe.az xəbər verir ki, ukraynalı boksçu etiraf edib ki, britaniyalının ən çox sevdiyi döyüş Mayk Taysona qarşı olub.


"Bu döyüşdən sonra ağladım. Maykın qalib gələcəyini düşünürdüm, amma Lennoks...Lennoksdan nə öyrənə bilərəm? Səbir”, - Usik Fight Hub TV-yə müsahibəsində deyib.

Xatırladaq ki, Lyuis 2002-ci ilin iyununda Mayk Taysona qarşı döyüşmüşdü. Lennoks WBC, IBF və IBO titullarını qoruyaraq amerikalını 8-ci raundda nokaut etmişdi. Bundan əvvəl Lennoks Lyuis Usiklə döyüşdən əvvəl Fyuriyə təhdid mesajı buraxmışdı. 

Aleksandr Usikin növbəti döyüşü 2024-cü il fevralın 17-də baş tutacaq. Döyüşün yeri Səudiyyə Ərəbistanı, rəqib isə britaniyalı Tayson Fyuri olacaq.







Offside