27 iyul 2024. Şənbə

20 yaşlı basketbolçu itkin düşüb

Dekabrın 30-dan 31-nə keçən gecə Krasnoyarskda yoxa çıxan “Barnaul”un 20 yaşlı basketbolçusu Anton Petuxov itkin düşüb.


  • Offside
  • 16:39 10.01.2024
  • Oxunma sayı: 74
20 yaşlı basketbolçu itkin düşüb

Dekabrın 30-dan 31-nə keçən gecə Krasnoyarskda yoxa çıxan “Barnaul”un 20 yaşlı basketbolçusu Anton Petuxov itkin düşüb.

90deqiqe.az “Match TV”yə istinadənxəbər verir ki, bu barədə “İtkin düşən şəxslərin axtarışı” təşkilatı məlumat yayıb.

Məlumatda bunlar qeyd olunur:

“Axtarışlar itkin düşən şəxs tapılana qədər davam edəcək. Heç kim Anton Petuxovun axtarışını dayandırmayacaq. Yazdan, qışda getmək mümkün olmayan əraziləri kəşf etməkdən danışırıq. Məsələn, qalın buz təbəqəsi altında olan, dibində palçığın yığıldığı sahələr. Belə şəraitdə sualtı dronumuz işləyə bilməyəcək.İndi Krasnoyarsk polis idarəsi əməliyyat-axtarış tədbirləri həyata keçirir və onların nəticələrindən asılı olaraq biz və regional xilasedicilər əlavə olaraq ayrılmış əraziyə baxış keçirəcəyik.

Hazırda polisdən yeni göstərişlər gözləyirik. Və ehtiyac yaranan kimi könüllülər yenidən axtarışa çıxmağa hazırdırlar. Bunun üçün bizim texnikamız, adamlarımız var. Həmçinin bu həftə biz Anton Petuxovun yıxılma ehtimalı olan yeri və mümkün trayektoriyasını yoxlamaq üçün yenidən suya girməyi planlaşdırırıq”







Offside