1 mart 2024. Cümə

“Zaqreb Open”: Azərbaycanın üç güləşçisi bürünc medal qazanıb

Xorvatiyada güləş üzrə reytinq turnirinə start verilib.


  • Offside
  • 23:41 10.01.2024
  • Oxunma sayı: 51
“Zaqreb Open”: Azərbaycanın üç güləşçisi bürünc medal qazanıb

Xorvatiyada güləş üzrə reytinq turnirinə start verilib.

90deqiqe.az-ın məlumatına görə, ilk yarış günündə sərbəst güləş üzrə 7 çəkidə qaliblər müəyyənləşib. Millimizin 3 üzvü turniri bürünc medalla başa vurub.

57 kq

İslam Bazarqanov ilk mərhələdə çinli Veiyu Liyə (6:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Roberti Dinqaşviliyə minimal fərqlə məğlub olub – 4:5

61 kq

Əliabbas Rzazadə 1/4 finalda Maykl Makqiyə (5:4), Nürəddin Novruzov isə gürcüstanlı Giorgi Qoniaşviliyə (10:6) qalib gəlib. Yarımfinalda Rzazadə monqolustanlı Bexbayar Erdenebata (0:5), Novruzov isə ukraynalı Andrey Celepə (8:10) məğlub olub. Əliabbas Puerto-Riko təmsilçisi Jozef Silvanı (4:2), Nürəddin isə ukraynalı Andrey Popovu (7:3) üstələyərək bürünc medal qazanıb.

65 kq

Zirəddin Bayramov təsnifat mərhələsində italiyalı Kolin Realbutoya (7:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Jozef Makennaya uduzub – 0:11.

74 kq

Cəbrayıl Qadjiyev rumıniyalı Kriştian Biro (6:2), türkiyəli Yakup Gör (4:3) və amerikalı Kuinsi Mandi (5:4) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Hüseyn Abuzaripaşkolayiyə 3:10 hesabıyla uduzan Cəbrayıl bürünc medal uğrunda görüşdə isveçrəli Tobias Portmandan güclü olub – 5:3.

86 kq

Arseni Djioyev macarıstanlı Vida Çaba (10:0) və türkiyəli Osman Göçeni (10:6) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Maqomed Ramazanova məğlub olub – 1:5. Təsəlliverici görüşdə amerikalı Maksvel Dini 8:3 hesabıyla üstələyən Djioyev bürünc medal uğrunda güləşəcək. Bu çəkidəki digər təmsilçimiz Osman Nurmaqomedov 1/8 finalda amerikalı Çandler Marstellerə uduzub – 1:3. Arseniy üçüncü yer uğrunda Çandlerlə qarşılaşıb və o da ABŞ təmsilçisiylə bacarmayıb – 0:5.




Offside

"Gəncə"dən sürpriz qələbə
  • Offside
  • 20:14 28.02.2024
"Gəncə"dən sürpriz qələbə