- Offside
- 13:25 24.11.2024
"Fevraldan mən də futbol haqqında düşünəcəyəm",
90deqiqe.az"digisport" nəşrinə istinadən xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçi Adrian Mutu deyib.
45 yaşlı mütəxəssis anasının vəfatı ilə əlaqədar hazırda bu buna hazır olmadığını söyləyib: "Ancaq nəyin baş verəcəyini heç vaxt bilmirsən. Mən, sadəcə, sakitləşmək haqqında düşünürəm. Qış hazırlığı ilə məşğul olan komandaların məşqçiləri var. Nə olacağını görəcəyik".
Rumıniyalı çalışdırıcı anasının dünyasını dəyişməsinin ona təsir etdiyini sözlərinə əlavə edib: "Ağrı böyükdür, qalır. Onu silmək mümkün deyil. Çox, çox çətin bir ay yarım oldu, xüsusən də o, komaya girəndən sonra işlər daha da pisləşdi. Təxminən bir aydır ki, başqa insanam. Yenə deyirəm, çox təfərrüata varmaq istəmirəm, sadəcə olaraq necə sakitləşəcəyimi düşünürəm. Məni dəstəklədikləri üçün ailəmə təşəkkür edirəm"
Qeyd edək ki, Adrian Mutunun paytaxt klubunda müqaviləsi dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.